2020 Ən Son Makiyaj Trendləri nələrdir? Bütün Gözəllik Sirləri Nata Studioda

photo

2020 Ən Son Makiyaj Trendləri nələrdir? Bütün Gözəllik Sirləri Nata Studioda

2020-01-08 14:43:06

2020-ci ildə makiyaj məhsulları yenə də populyar olacaq və artıq maraqla araşdırılmağa başlanılıb. Makiyajda istifadə ediləcək rənglər əsas maraq mövzuları arasındadır. Budur, 2020-ci ildə tez-tez rastlaşacağımız makiyaj trendləri…

 

Hər şeyin sürətlə dəyişdiyi dünyamızda makiyaj trendləri yeniliklər qazanır. 2020 makiyaj trendlərində hansı rənglər moda olacaq? Makiyajımın həm  mənə uyğun olsun, həm də  trendlərə uyğun olsun istəyirsizsə, bu məqalə elə sizin üçündür.

 

Hem rahatlıqla tətbiq edilə bilən həm də "yoxmuş" kimi görünən makiyajlar yeni ilin trendləri arasında yerini tutacaq.Tebii işıltılar,nude tonlar,su bazalı makiyaj məhsulları daha çox istəniləcək.

İlk öncə makyajın olmazsa olmazı üz tonlaşması üçün isdifadə olunan məhsullardan söhbət açaq.Yeni ildə qatı teksturalı tonal kremlər yerinə incə teksturalı yada su bazalı bb,cc kremlər,tonal kremlər ilə qüsursuz və təbii görüntü bəxş ediləcək.

Aydınlıq bir dəridə olmazsa olmazlardan olacaq.Makyajın gözəl görünməsi və aydın görünməsi üçün mütləq nəmləndiricilər ya da nəmləndiricili makyaj bazları isdifadə etmənizi məsləhət görərdik.

 

Aydınlatıcılar əsasən makyajı bitirdikdən sonra almacıq sümüklərinə ,buruna ve alına tətbiq edilir.Yeni ilde bu movzu biraz dəyişiklik göstərəcək və tonal kremlər daha əvvəl tətbiq edilərək təbiilik yaradacaq.

 

İndi qatı makiyaj məhsulları yerinə daha çox maye, gel formatında olanlara yönəldiləcəkdir. Dərini nəmləndirəcək və daha təbii bir görünüş təqdim edəcək ənlik, parlaqlıq, göz kölgəsi, pomada ön planda olacaq.

 

Yeni il rəngli göz kölgələri ilə diqqəti cəlb edəcək. Parıltılı tenlər yerinə təbii parıltılara üstünlük veriləcəkdir. Tez-tez bənövşəyi rəng və tonları görəcəyik. Qışa gözəl bir rəng və istilik əlavə edəcəklər.

 

Dodaqlarda artıq mat pomada dövrü bağlanır və  yeni ildə parlaq dodaqlar ön plana çıxır. İstər açıq , istərsə də  parlaq rənglərdə olsun, fərq etməz parlaq rəngli pomadalar görəcəyik.

Qaşlar bir müddətdir incəlik dəbdən düşmüş və gur qaşlar dəbdədir. 2020-ci ildə də qalın qaş modası davam edəcək. Dağınıq bir görünüş təmin etmək üçün qaş tuşundan istifadə edə bilərsiniz.

Peşəkar ustaların trendərlə üz qurluşunun vəhdətində möhtəşəm obrazlarına baxmaq üçün tıklayın

 

Sizə faydalı olan məlumatlarla tanış olmaq üçün bizi izləyin.