2020 Trend Rəngi Hansıdır

photo

2020 Trend Rəngi Hansıdır

2020-01-08 11:50:08

Dəyərli oxucularımız, sizə faydalı məlumatları davamlı sizinlə paylaşırıq. Bütün xanımlar 2020 -ci il alış-verişlərində, ev dekorasiyalarında xüsusi ilə geyim və makiyajlarında trend rənglərə üstünlük verir. Biz də sizə 2020 trend rəngin hansı olması ilə bağlı məlumatı paylaşmaq istədik.

ABŞ-ın “Pantone” tədqiqat institutu 2020-ci ilin əsas rəngini seçib.

Nata Studio məlumatına görə, bu ada klassik göy rəngi layiq görülüb.

Məlumatda qeyd olunur ki, bu rəng ölümsüz və sakit çalardır, alatoran səma haqqında düşüncələr sövq edir.

Qeyd edək ki, “Pantone” institutu 2000-ci ildə ilin rəngini seçir.

2019-cu ildə bu ada “canlı mərcan” rəngi layiq görülmüşdü.

 

Sizə faydalı məlumatlar üçün bizi izləməyə davam edin.