Kosmetoloji Prosedurlarda Sehrli alət - Botoks

photo

Kosmetoloji Prosedurlarda Sehrli alət - Botoks

2019-12-18 10:45:59

 

Xanımlar daima daha gözəl görünmək üçün müasir metodları axtarır. Bu da bu sahənin davamlı inkişafına yeni kəşflərə səbəb olur. Bakının uzun illər fəaliyyət göstərən Gözəllik mərkəzi Nata Studio Vip-in Dr. Kosmetoloqu Aynurə xanım son zamanlar xanımların istədikləri görnüşü əldə etməsi və dəridə yaşlanma zamanı baş verən görnüşü aradan qaldırmaq üçün kosmetoloji xidmətlərdən istifadə hallarının  çoxaldığını bildirib

Kosmetoloqumuz bildirir ki, Kosmetoloji prosedurlardan daha çox istifadə olunan prosedur Botoksdur.

Botoks, təxminən 20 ildən çoxdur dünyanın müxtəlif yerlərində tibbi müalicələrdə istifadə edilməkdədir. Botoksun üz qırışıqlarını aradan qaldırmaq üçün istifadə edilməsinə isə 10 il  əvvəl başlanmış və bu günə qədər milyonlarla adam botoksun bu təsirindən faydalanmışdır.

Üzümüzdəki ifadə xüsusiyyətini təmin edən bütün əzələlərə mimika əzələləri deyilir. Yəni qaşlarımızı çatmamızı, qaldırmamızı, gülməmizi, kədərli görünüşümüzü və bunlar kimi bir çox hərəkət üzümüzün ifadə xüsusiyyətini təmin edən hərəkətlərdir. Ancaq bu hərəkətlər bir sıra kiçik əzələlər tərəfindən edilməkdədir. Bu əzələlərin işini təmin edənlər isə beynimizdən gələn sinirlərdir.

Zaman içində çox istifadə edilən bəzi mimika əzələlərinin olduqları bölgələrdə qırışıqlar meydana gəlir və gedərək dərin bir hal ala bilərlər. Xanımlar hər yaşda gözəl görsənməyə çalışırlar və bu qırışıqlar onları narahat edir və onlar "botoks"a müraciət edir.

                                                                        

 

Botulismus deyilən mikro orqanizmin çıxardığı, botulinum toksinindən əldə edilən və bu gün estetik sahədə geniş şəkildə istifadə edilən kimyəvi bir maddədir.

Bu toksin təsir etdiyi yerdəki sinirləri iflicə uğradır.Toksinin bu xüsusiyyətindən faydalanılaraq üzdəki mimika əzələlərinə bağlı olaraq ortaya çıxan qırışıqlar keçici bir müddət üçün yox edilə bilir.Botoksun təsiti 6 aya qədər davam edir.


 

Botoks iynə vasitəsilə lazım olan nahiyəyə yeridilir.Süni və ya təbii gellərdən istifadə olunur.

Ümumilikdə qeyd etdiyimiz kimi Botoks mimika əzələlərini iflic edərək qırışıqlıqları yox edir. Bu da sizi yaşlanma əlaməti qırışlardan azad edir. Vizajınızın daha yaxşı görünməsinə və əlavə komplekslərdən azad edir.

 

Dəyərli xanımlarımız, bloqlarımızı izləyin Kosmetoloqumuz davamlı sizə  hər növ üz dərisinə uyğun kosmetoloji maskalar və tövsiyyələr verəcək.